ABŞ-ın Ankara, İstanbul, Adana və İzmirdəki konsulluqları fəaliyyətini dayandırıb
23
okt
2020
18:20
ABŞ-ın Türkiyədəki səfirliyinin Ankara, İstanbul, Adana və İzmirdəki konsulluqları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.
Bildirilib ki, buna səbəb Türkiyədə potensial terror hücumları və adam oğurluğu ehtimalının yüksək olmasıdır.
“İstanbul və Türkiyənin digər şəhərlərində ABŞ vətəndaşları ehtiyatlı olmalıdırlar”, - deyə açıqlamada vurğulanıb.
Oxşar xəbərlər
Türkiyədə komendant saatının tətbiq ediləcəyini eşidən insanlar mağazalara axın etdilər - VİDEO
Türkiyə hakimiyyəti koronavirus pandemiyası ilə əlaqədar 31 əyalətin, eləcə də Ankara və İstanbul sakinlərinə bu şənbə və bazar günləri evdən çıxmağı qadağan ed...