Zəngilanda hərbçilərin yürüşü keçirilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
20 oktyabr – Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.
BAKU.WS-in xəbərinə görə, əvvəlcə Zəngilan Şəhidlər Xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər Günü münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında yürüş keçirilib. Yürüşdə Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.
Düz 3 il bundan öncə Zəngilan şəhəri 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...