Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
BAKU.WS xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub.
Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.
C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Tbilisidə yenidən mitinq keçirilir
Bir neçə yüz nəfər yenidən Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq təşkil edib. BAKU.WS tass-a istinadən xəbər verir ki, etirazçılar Ru...