Zelenskidən Qarabağ dəstəyi: "Bu vəziyyət daimi ola bilməz"

Zelenskidən Qarabağ dəstəyi: Bu vəziyyət daimi ola bilməz
Siyasət 1196

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Prezident Çernovitskaya vilayətində jurnalistlərlə söhbət zamanı deyib: “Azərbaycanlılar bizi dəstəklədikləri kimi biz də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

V.Zelenski ölkələrin bir-birinin suverenliyi və ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyini başlıca aspekt adlandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bənzər münaqişələri dondurulmuş adlandırmaq olmaz, çünki bu vəziyyət daimi ola bilməz.

“Sadəcə dondurulmuş münaqişələr olmur. Onlar müəyyən vaxtadək dondurulmuş ola bilər. Bizim mövqeyimiz belədir”.

Son xəbərlər