Zelenski Ukrayna-Balkan sammitində iştirak etmək üçün Yunanıstandadır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Balkan sammitində iştirak etmək üçün Yunanıstandadır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri öz müraciətində bildirib.
Onun sözlərinə görə, Balkan ölkələrinin liderləri ilə ümumi yığıncaq keçiriləcək, onlar Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Ukrayna Prezidenti, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen görüşəcəyini açıqlayıb.
Bundan əvvəl Zelenski İsveç, Danimarka və Niderlandda səfərdə olub.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...