Zelenski: "Torpağımızda Rusiyadan əsər-əlamət qoymayacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz növbəti addımlarımızı, fəal hərəkətlərimizi hazırlayırıq. Ukrayna artıq qarşıdakı qələbə üçün hazırlıqlara başlayıb."
BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Ukraynada bir dənə də olsun rus izi qalmayacaq və dəhşətli cinayətlərdə günahkar olanların hamısı cəzalandırılacaq.
Zelenski vurğulayıb ki, Ukrayna cəbhədə və ədalətin bərpasında qalib gələcək:
"Biz öz torpağımızda Rusiyadan əsər-əlamət qoymayacağıq. Heç bir düşmən cəzasız qalmayacaq".
Onun sözlərinə görə, Kiyev, Çerniqov, Sumı vilayəti uğrunda gedən döyüşlərdə, eləcə də Xarkov rayonlarının, Xersonun qaytarılması, Baxmutun və bütövlükdə Donbasın müdafiəsi ukraynalıların qəhrəmanlığı sayəsində həyata keçirilib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...