Zelenski: "Rusiya Ukrayna xalqını məhv etməyə çalışır"
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsi haqqında danışıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, 229 günlük müharibə dövrü ərzində Rusiya Ukrayna xalqını məhv etməyə, yer üzündən silməyə çalışır:
"Ukraynanın hər yerində hava həyəcanı səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var. Xahiş edirəm sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin dayanaq və güclü olaq", - deyə Zelenski bildirib.
Oxşar xəbərlər
Zelenskinin xanımı: "Yerindən qalxaraq iş paltarını geyinməsi 5 dəqiqə çəkir"
“Yerindən qalxıb, dişlərini fırçalaması, iş paltarını geyinməsi cəmi 5 dəqiqə çəkir”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu “The Guardian”a müsahibəs...