41 gündə müharibənin dəyişdiyi Zelenski - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibə elan edib. Döyüşlərin artıq 41-ci günüdür. Bu müddət ərzində hər iki tərəf xeyli sayda itki verib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin davamlı olaraq xalqa müraciətlərinin şahidi olmuşuq.
İlk günlərdə enerjili görünən prezidentin görkəmi 41 gündə nəzərəçarpacaq dərəcədə dəyişib.
Hətta Zelenski son çıxışlarında həddindən artıq yorğun görünür. Ölkəsində baş verənlər, şəhərlərin bombalanması və itirilmiş insan həyatlarının ölkə başçısına təsir etdiyi danılmazdır. O, çıxışlarında Ukrayna xalqının birliyini, əzmini və onların yanında olduğunu vurğulayır.
Zelenski dəfələrlə özünə qarşı sui-qəsdin olmasına baxmayaraq, azad edilmiş ərazilərə gedir, əhalini, əsgərləri ruhlandırır.
BAKU.WS Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibədən bu günə qədər necə dəyişdiyini əks etdirən görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Zelenski: "Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir"
Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukrayna...