Zelenski müharibədə həlak olan daha bir azərbaycanlını mükafatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski döyüşlərdə həlak olan Silahlı Qüvvələrin daha bir azərbaycanlı hərbçisini mükafatlandırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Silahlı Qüvvələrin azərbaycanlı əsgəri Novruzov Elvin İlqar oğlunu ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edib.
Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub, boya-başa çatıb. Ukraynada gedən genişmiqyaslı müharibənin ilk günlərindən döyüşə qatılan həmyerlimiz bu ilin əvvəlində Baxmut ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Qeyd edək ki, buna qədər də Ukrayna Prezidenti Silahlı Qüvvələrin bir neçə azərbaycan əsilli hərbçisini mükafatlandırıb. Elvin Novruzov ölümündən sonra mükafatlandırılan ilk azərbaycanlı hərbçidir.
Oxşar xəbərlər
Beş aylıq döyüşlər və ukraynalıların qətiyyətli müqaviməti: Baxmutda son vəziyyət necədir? - FOTO
Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri hazırda cəbhənin ən qaynar nöqtəsidir. Amma bu, yalnız bu günün məsələsi deyil. Rusiya ordusu 5 aydan çoxdur şəhəri...