Zelenski malikanəsi icazəsiz söküldü
Yeniliklərdən dərhal xəbərdar olun
Kiyevdə 19-cu əsrə aid Zelenski malikanəsi meriyanın icazəsi olmadan sökülüb.
BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Kiyevin mərkəzində naməlum şəxslər meriyanın icazəsi və ya müvafiq strukturlarla koordinasiya olmadan 19-cu əsrin sonlarına aid tarixi Zelenski mülkünü ekskavatorlarla söküblər. Polis cinayət işi açıb.
Agentliyin məlumatına görə, mülk tacir Vasili Malinin sifarişi ilə tikilib. 1911-ci ildən 1915-ci ilə qədər binada zəngin Zelenski ailəsi yaşayırdı.
Mədəni İrsin Mühafizəsi Departamenti aydınlaşdırıb ki, hadisə Aleksandr Konisski küçəsi 22 (keçmiş Turgenevskaya) ünvanında baş verib.
Deyilənə görə, mülkün olduğu yerdə Turgenev yaşayış kompleksinin tikintisi planlaşdırılır.
Oxşar xəbərlər
Dünyanın ən zəngin ailələrinin adları açıqlandı - SİYAHI
Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi “Walmart”ın sahibi olan Uolton ailəsi dördüncü ildir ki, “Bloomberg”in dünyanın ən zəngin ailələri siyahısı...