Zəfər Günü ilə bağlı Ağalı kəndində ağacəkmə aksiyası keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
8 Noyabr - Zəfər Günü münasibətilə Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin həyətində ağacəkmə aksiyası keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qarabağ bürosunun məlumatına görə, aksiyadan öncə rayonun ziyalıları ilə görüş keçirilib.
Görüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevçıxış edib.
O, zəfər tariximizin ikinci ilində keçirilən bu görüşün və tədbirin əhəmiyyətindən söz açıb.
Daha sonra nümayəndəlik tərəfindən Ağalı kənd tam orta məktəbin müəllimləri xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Tədbir məktəbin həyətində ağacəkmə aksiyası ilə davam etdirilib və məktəbin həyətində 100 ədəd müxtəlif növ meyvə ağacı əkilib.
Qalereya
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...