"İzəddin əl-Qəssam" briqadası: "100-dən çox israilli məhbusumuz var" - VİDEO

İzəddin əl-Qəssam briqadası: 100-dən çox israilli məhbusumuz var - VİDEO
Video
Siyasət 3

"Yüksək rütbəli hərbçilər də daxil olmaqla, 100-dən çox israilli məhbusumuz var".

BAKU.WS xəbər verir ki, bunu HƏMAS-ın hərbi qanadı olan "İzəddin əl-Qəssam" briqadasının sözçüsü Əbu Ubeyde "Əl-Əqsa TV"yə açıqlamasında deyib:

"İsrail Qəzzaya etdiyi hücumlarda öz əsgərlərini öldürdü. Aralarında yüksək rütbəli hərbçilər də daxil olmaqla 100-dən çox məhbusumuz var. Bu gün daha bir qrup hərbçini əsir götürmüşük və onları Qəzzaya gətirmişik. "Əqsa tufanı" əməliyyatı davam edir".

İsrail ordusunun dərin böhran içində olduğu bildirən Əbu Ubeyde israilli əsirlərin sayının baş nazir Netanyahunun düşündüyündən qat-qat çox olduğunu vurğulayıb.

Son xəbərlər