İsrailli general kəşfiyyatın uğursuzluğundan danışdı
HƏMAS radikal qruplaşmasının silahlı hücumu İsrail ordusunun cənubda kəşfiyyat sistemi və hərbi aparatının böyük uğursuzluğunu ortaya qoyub.
BAKU.WS xəbər verir ki, baş nazir Benyamin Netanyahunun milli təhlükəsizlik üzrə keçmiş müşaviri, istefada olan general Yaakov Amidror Reuters-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, hücumdan əvvəl HƏMAS ciddi kəşfiyyat hazırlıqları apararaq, İsraili heç bir aktiv addım atmayacağına inandırıb.
Bu baxımdan İsrailin cənubdakı müdafiə qüvvələri az olub və qoşunlar İordan çayının qərb sahilinə köçürülüb.
Oktyabrın 7-də səhər saatlarında hücumun ilk saatlarında silahlılar İsrail ordusunun forpostları və qərargahları arasında əlaqəni tez bir zamanda pozmağa müvəffəq olub. Həmçinin Qəzza ilə sərhəddə diviziya qərargahını birbaşa ələ keçiriblər.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında hücum başlayandan bəri 1000-ə yaxın HƏMAS yaraqlısı İsrailin 20 şəhəri və 11 ordu düşərgəsinə sızıb.
Oxşar xəbərlər
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini vurub
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub. Bu barədə İsrail Ordusunun mə...