Zaxarova Paşinyanın Zəngəzur dəhlizinin monitorinqinin FTX-yə verilməsi ilə bağlı bəyanatını şərh edib
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə monitorinq funksiyasının Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.
"Report"un məlumatına görə, Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Rusiya üçtərəfli format çərçivəsində ən yüksək səviyyədə əldə olunmuş razılaşmalardan çıxış edir.
"Rusiya, Azərbaycan və Ermənistan liderləri adından yaradılan üçtərəfli işçi qrupu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın Sünik vilayətindən keçən tranzit də daxil olmaqla, dəmir yolu əlaqəsinin blokadadan çıxarılmasının əsas parametrlərini razılaşdırıb. Ona görə də biz buna alternativ görmürük və bu istiqamətdə işi davam etdirəcəyik", - Zaxarova deyib.
Oxşar xəbərlər
Mövlud Çavuşoğlu Azərbaycana GƏLİR
Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. BAKU.WS modern.az-...