Zakir Həsənov snayperlərə tapşırıq verdi - FOTO

07
iyn
2017
20:14
Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper Hazırlığı Mərkəzində olub.
BAKU.WS-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib.
İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib.
BAKU.WS


Oxşar xəbərlər
Müdafiə naziri komandirlərə tapşırıq verdi - Döyüş hazırlığını gücləndirin!
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 15-də birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin...
