Zakir Həsənov Naxçıvandakı erməni təxribatından danışdı (VİDEO)

Zakir Həsənov Naxçıvandakı erməni təxribatından danışdı (VİDEO)
Video
Siyasət 2936

 

"Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri atəş açırlar və təbii ki, cavabları verilir".

Bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənov ANS TV-nin xüsusi müxbiri Mir Şahinə müsahibəsində bildirib.

Nazir indiyə kimi Naxçıvan istiqamətində problemlər yaşanmadığını bildirib: "Nadir hallarda problemlər olurdu, hər tərəfdə atəşkəsə riayət edilirdi. Çünki dövlət sərhədidir. Orada heç kimin heç kimə torpaq iddiası ola bilməz”.

Zakir Həsənov Ermənistan müdafiə nazirinin Naxçıvanla sərhəddə baş verənlərdən xəbəri olmamasını deməsinə də münasibət bildirib: "Əgər xəbərləri yoxdursa, deməli, orda intizamsız hərbi qulluqçular atəş açırlar. Belə çıxır ki, ora idarə olunmur” .

"Onlar atəş açırlar və təbii ki, cavabları verilir. Bundan sonra da veriləcək”,- deyə Azərbaycan müdafiə naziri vurğulayıb.

Nazir xalqı ANS vasitəsilə əmin edib ki, cəbhədə üstünlü tamamilə Azərbaycanın tərəfindədir: "Azərbaycan xalqı narahat olmasın, Azərbaycan Silahlı Qüvvələri bütün əməliyyat şəraitinə nəzarət edir. Təşəbbüs bizdədir, artıq hamı bizim hərbi üstünlüyümüzü görür".      

Zakir Həsənov iki il qabaq ANS-ə verdiyi müsahibəsini xatırladıb: "Yadınızdadır? Mən sizə deyirdim ki, cənab prezident islahatlara başlayıb.  İndi sizan sualınıza cavab olaraq deyirəm ki, bunların hamısı o islahatların nəticəsidir. İslahatlar vaxtında və düzgün istiqamətlərdə həyata keçirilir".  

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan və Gürcüstan hərbi vəziyyəti müzakirə etdi

Azərbaycan və Gürcüstan hərbi vəziyyəti müzakirə etdi

Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb. BA...

1444 Siyasət 12:16 15 may 2016

Son xəbərlər