Yuri Malaşko: “Rusiyanın nəzarətində olan ərazilərdən ukraynalıların üçüncü ölkə vasitəsilə köçü başlayıb”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərindən sakinlərin üçüncü ölkə vasitəsilə köçü başlayıb”.
BAKU.WS xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.
O, ərazinin minalanmasını da vurğulayıb.
“Bütün cəbhə boyu heç bir istiqamətdə sadə vətəndaşların sərbəst keçməsi üçün yer yoxdur. Üstəlik, həmin ərazilər minalanıb. Rusiya tərəfi öz növbəsində işğal altında qalmış ərazilərdəki Ukrayna vətəndaşlarının keçidinə icazə vermir. Biz insanların üçüncü ölkələr vasitəsilə digər ərazilərimizə keçməsinə çağırış edirik. Bu yolla gələn insanlar da var”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Beş aylıq döyüşlər və ukraynalıların qətiyyətli müqaviməti: Baxmutda son vəziyyət necədir? - FOTO
Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri hazırda cəbhənin ən qaynar nöqtəsidir. Amma bu, yalnız bu günün məsələsi deyil. Rusiya ordusu 5 aydan çoxdur şəhəri...