Yunanıstanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verib

Yunanıstanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verib
Siyasət 38

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin saytında məlumat yer alıb.

Mitsotakis dağıdıcı zəlzələ ilə bağlı kədərləndiyini bildirib, həlak olanların yaxınlarına və Rəcəb Tayyib Ərdoğana ünvanlayıb.

O, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ölkəsinin Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudada zəlzələ olub. Nəticədə 1541 nəfər ölüb, 9733 nəfər yaralanıb.

Son xəbərlər