Yunanıstanda meşə yanğını baş verib

Yunanıstanda meşə yanğını baş verib
Siyasət 66

Yunanıstanın Afon dağında meşəlik ərazidə yanğın baş verib.

Bu barədə ölkənin yanğınsöndürmə xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə yerində 112 yanğınsöndürən, 35 avtomobil, altı təyyarə və iki helikopter işləyir.

Müqəddəs Afon dağına Konstantinopol Patriarxının nəzarəti altında olan 20 pravoslav monastırı daxildir. Bu, dünyanın ən böyük pravoslav monastizm mərkəzi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan, pravoslavlar üçün əsas müqəddəs yerlərdən biridir.

Son xəbərlər