Yunanıstanda meşə yanğınları - Sakinlər təxliyə olunur

Yunanıstanda baş verən yanğınlar səbəbindən bir neçə şəhərin sakinləri təxliyə edilib. Hakimiyyət orqanları insanları evdə qalmağa və pəncərələrini bağlamağa çağırıb.
BAKU.WS Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bazar günü axşamı 400-dən çox yanğınsöndürən Afina yaxınlığında yanğınlarla mübarizə aparıb. Ən azı 8 nəfər xəstəxanaya yerləşdirilib, yanmış binalar barədə məlumat yoxdur.
Qasırğa və güclü külək yanğınsöndürmə işlərini çətinləşdirib. Qərbi Attikada yanğın nəzarət altına alınıb.
Qeyd edək ki, Afinanın şimal-şərqində olan yanğın hələ də davam edir.
Yunanıstanda görünməmiş temperatur yüksəlişi və uzun müddət davam edən quraqlıq vəziyyəti daha da pisləşdirib. Ekoloqlar, vəziyyətin kritik olduğunu, yaxın günlərdə ölkənin böyük bir hissəsinin qırmızı həyəcan vəziyyətində olacağını bildirirlər.
Oxşar xəbərlər
İzmirdə meşə yanğınları, Adnan Menderes hava limanında uçuşlar bərpa edilib - VİDEO
İzmirin Qaziemir ilə Buca rayonları arasında çıxan meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər v...
