Yunanıstan Ukraynanı PDM ilə təchiz etməyə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Yunanıstan Ukraynaya piyadaların döyüş maşınları verməyə başlayıb”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yunanıstanlı həmkarı Nikos Dendias ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Gizlətməyəcəyəm, torpaqlarımızı müdafiə edə bilməyimiz üçün Yunanıstanın Ukraynaya verdiyi silahları xüsusilə yüksək qiymətləndiririk.
Yunanıstandan Ukraynaya çoxdan gözlənilən “BMP-1” zirehli piyada maşınlarının göndərilməsinə başlanması çox vacibdir. Onlar tezliklə ordumuzun arsenalına qəbul ediləcək, ölkəmizin döyüş və müdafiə qabiliyyətini dərhal gücləndirəcək”, - o bildirib.
XİN başçısı əlavə edib ki, Yunanıstan Ukraynanın hava hücumundan müdafiə vasitələrinin tədarükü ilə bağlı müraciətinə də baxır.
Oxşar xəbərlər
Ukrayna XİN: “İran Rusiyanın hərbi cinayətlərinə əlbir olub”
“Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət...