“Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
ADA Universitetində “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, “Yüksəliş” İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Qeyd edək ki, 22 qalib aşağıdakılardır:
1. Məmmədli Emil2. Tairquliyeva-Nağıyeva Arzu3. Hüseynov Mustafa4. Əhmədov Əli5. Hüseynov Elmir6. Həziyev Elşən7. Əzimov Azər8. İsa-zadə Şöhrət9. İsmayıllı İlyas10. Ziyadov Elkiyar11. Nağıyev Camal12. Mahmudov Hüseyn13. İsayev Fərid14. Məhərrəmli Fərrux15. Sultanlı Xanbaba16. Balakişiyeva Nərgiz17. Abulov Ramil18. Məsimzadə Nihad19. Mehriban Rəsulova20. Hüseynov Etibar21. İsmayılova Nərgiz22. Vüsalə Bayramova
Xatırladaq ki, qalibləri 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...