Yüksək tonallıqda oxumaq istədi, beyin damarı partladı - VİDEO
Çinin Dalyan şəhərinin sakini “karaoke party”də yüksək notla oxumaq istəyərkən ölümdən dönüb.
BAKU.WS-in “Daily Mail”ə istinadən məlumatına görə, onun beyin damarı partlayıb.
Çjan adlı 55 yaşlı qadın ailəvi “karaoke party”yə qatılıb. O, ardıcıl olaraq iki mahnı oxuyub, sonra yüksək tonallığı ilə klassik Çin xalq mahnısı olan “Tibet Dağları”nı ifa etməyə çalışıb. Oxuyan zaman qadın şiddətli baş ağrısı və başgicəllənmə hiss edib, sonra isə ürəyi bulanıb.
Qohumlar Çjanı dərhal xəstəxanaya aparıblar. Həkimlər xəstənin mahnı oxuyan zaman beynində damarın partladığını bildiriblər.
İki saatlıq təcili əməliyyatdan sonra damar bərpa edilib. Hazırda o, xəstəxanada reabilitasiya keçir.
Həkimlər uzun müddət yüksək təzyiq və diabet səbəbindən Çjanın beynində anevrizma yarandığını bildiriblər. Karaokedə yüksək səslə oxuması isə damarın partlamasına səbəb olub.
Oxşar xəbərlər
Koronavirus bitməmiş insanları daha bir virus təhdid edir
Dünya koronavirusun yayılması ilə mübarizə apararkən yeni bir virus ortaya çıxıb. Ötən günlərdə Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfərin virusdan öl...