“YouTube” Semyon Peqovun “Wargonzo” səhifəsini silib - FOTO
21
iyn
2022
07:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“YouTube” videohostinqi Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan bir müddət sonra yalan xəbərlər yayan rusiyalı jurnalist Semyon Peqovun “Wargonzo” səhifəsini silib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə layihənin “Telegram” kanalında bildirilib.
Silinməyə səbəb səhifədə Ukraynadakı müharibə ilə bağlı həqiqətə uyğun olmayan süjetlərin yayımı olub.
Qeyd edək ki, hazırda videoservisdə “Wargonzo”nun yeni səhifəsi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Mariupolda tələbə olmuş azərbaycanlı Ukraynadakı müharibənin dəhşətlərindən danışdı
Azərbaycan vətəndaşı, hərbi jurnalist Ayxan Hacıbəyli Rusiya qoşunlarının Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra bu ölkəyə yollanıb. O, bir...