Peqov sülhməramlıların təyyarəsi ilə Qazaxıstana getdi - VİDEO
Vətən Müharibəsi zamanı cəbhədən Azərbaycanın əleyhinə təxribat xarakterli məlumatlar yayan, “WarGonzo”nun jurnalisti Semyon Peqov Qazaxıstana gedib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb. Peqov Rusiya sülhməramlı kontingentinin təyyarəsi ilə Baykanura yola düşüb. O, Baykanur kosmodromundan çəkiliş edərək son vəziyyətlə bağlı məlumat verib.
Qeyd edək ki, Semyon Peqovun Rusiya sülhməramlılarının təyyaərsi ilə Qazaxıstana getməsi sosial şəbəkənin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Oxşar xəbərlər
Türkiyədə hansı yanğınsöndürən təyyarələrdən istifadə olunur? - FOTO/VİDEO
Türkiyədə baş verən meşə yanğınlarına 16 təyyarə, 9 pilotsuz uçuş aparatı (İHA), 51 helikopter və 1 pilotsuz vertolyotla müdaxilə edilir. BAKU.WS xəbər verir ki...