Yeni uçan avtomobil modeli nümayiş etdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
7-10 yanvar tarixlərində Las-Veqasda (ABŞ) keçirilən Beynəlxalq Məişət Elektronikası (“Consumer Electronics Show”) sərgisində uçan avtomobilin tammiqyaslı modelini nümayiş etdiriblər.
BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi Cənubi Koreya istehsalçısı ilə birgə “Uber” şirkəti tərəfindən hazırlanıb.
Avtomobil üfüqi, hətta şaquli vəziyyətdə uça biləcək, həmçinin havada qalacaq. Sözügedən avtomobil 4 sərnişin və pilot üçün nəzərdə tutulub. Gələcəkdə nəqliyyat vasitəsinin avtonom olacağı planlaşdırılır.
İstehsalçıların məlumatına görə, uçan avtomobil karbon qazının tullantılarını azaltmaq üçün tamamilə elektrik enerjisi ilə işləyəcək. Onun şarjı üçün təxminən 5-7 dəqiqə vaxt tələb olunur. Əks istiqamətlərdə fırlanan qanadlar sayəsində səs-küy səviyyəsi aşağı olacaq.
Oxşar xəbərlər
176 nəfərin öldüyü təyyarə qəzasının yeni görüntüləri yayıldı - VİDEO
Kiyevə uçan Ukraynan Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsinin qəzaya uğraması ilğ bağlı yeni görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, bu ba...