Yeni deputatlara vəsiqələrin veriləcəyi vaxt müəyyənləşib

04
mar
2020
17:42
Milli Məclisin deputatı seçilmiş şəxslərə deputat vəsiqəsinin veriləcəyi vaxt məlum olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Milli Məclisin ilk iclasında deputat seçilmiş şəxslərə deputat vəsiqəsi veriləcək.
Deputat vəsiqəsini Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilib.
Xatırladaq ki, V çağırış Milli Məclisin deputatlarına da deputat vəsiqəsi parlamentin ilk iclasında təqdim edilmişdi.
Oxşar xəbərlər
Nəticələri ləğv edilən məntəqələrin sayı 100-ü keçib - SİYAHI
Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu günədək 30 seçk...
