Yeddi ildir axtarışda olan FETÖ üzvü ələ keçirildi: Keçmiş polis rəisi Ankarada saxlanıldı - FOTO

Yeddi ildir axtarışda olan FETÖ üzvü ələ keçirildi: Keçmiş polis rəisi Ankarada saxlanıldı - FOTO
Foto
Siyasət 50

FETÖ üzvü olduğu üçün barəsində 7 il axtarış verilən keçmiş birinci dərəcəli polis rəisi Arif Oktay Eser Ankarada saxta şəxsiyyət vəsiqəsi və pasportla ələ keçirilib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Ankara Şəhər Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən FETÖ-nun üzvlərini tutmaq üçün xüsusi qrup yaradılıb. Qrup terror təşkilatına üzv olduğu ittihamı üzrə 7 ildir axtarışa verilən və gizlənmək üçün mütəmadi olaraq ünvanını dəyişərək maskalanan keçmiş polis rəisinin izinə düşüb.

Uzun müddət davam edən təqib nəticəsində Eserin təşkilatın verdiyi saxta pasport və şəxsiyyət vəsiqəsi ilə xaricə qaçacağı barədə məlumat əldə edilib və o, keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Eserin üzərində və yaşadığı ünvanda aparılan axtarış zamanı 2 saxta şəxsiyyət vəsiqəsi və pasport, FETÖ-nün simvolu kimi tanınan bir ABŞ dolları, külli miqdarda xarici valyuta, çoxlu mobil telefon, notbuk və müxtəlif sənədlər ələ keçirilib.

Arif Oktay Eser həbs olunarkən rahat davranışlar sərgiləyib. “Boşuna cəhd edirsiniz, biz qayıdacağıq”, - deyə o, polis əməkdaşlarına bildirib.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəki proseslərdən sonra o, ədliyyəyə təhvil veriləcək.

Son xəbərlər