Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək.
Bu barədə "Report"a Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidmətindən məlumat verilib.
Dövlət qurumundan qeyd olunub ki, bu təşəbbüs iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir:
"ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi regional əlaqəlilik, iqtisadi investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün ilk dəfə olaraq ABŞ-Azərbaycan strateji tərəfdaşlığının əsasını qoyacaq".
Qeyd edək ki, ABŞ hökuməti həmçinin ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır.
Oxşar xəbərlər
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Azərbaycanın Serbiyadakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbird...