Yaşı 13-dək olan uşaqlar üçün İnstaqramın yeni versiyası hazırlanır

Yaşı 13-dək olan uşaqlar üçün İnstaqramın yeni versiyası hazırlanır
Siyasət 127

“Facebook”un tərtibatçıları yaşı 13-dək olan uşaqlar üçün İnstaqram sosial şəbəkəsinin yeni versiyasını hazırlamağa başlayıblar.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, şirkət martın 18-də sosial şəbəkənin yeni versiyasının hazırlanmasını elan edib.

İndi İnstaqramın qaydaları yaşı 13-dən aşağı olan uşaqlara bu sosial şəbəkədən istifadəni qadağan edir.

"Biz uşaqlar üçün uyğun olan və onların valideynləri tərəfindən idarə edilən “Messenger Kids”də olduğu kimi əlavə məhsulların hazırlanması üzərində işləyirik” – “Bloomberg” agentliyi “Facebook”un nümayəndəsi Co Osbornun sözlərini sitat gətirib.

Son xəbərlər