"YAŞAT" Fondu Anım Günündə şəhid ailə üzvlərini Şuşa və Xankəndidə bir araya gətirib
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin 27-28 sentyabr tarixində "YAŞAT" Fondunun təşkilatçılığı, "Nar"ın sponsorluğu ilə şəhid ailə üzvlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri təşkil olunub.
Fonddan BAKU.WS-ə bildirilib ki, Anım Günündə reallaşan tədbirin məqsədi şəhid ailələrinə qəhrəman övladlarının fədakarlığı ilə azad edilmiş, Qarabağın döyünən ürəyi olan Şuşa şəhərini, eyni zamanda Xankəndi şəhərini yaxından tanıtmaqdır.
Səfər çərçivəsində şəhid ailələrinə Şuşa və Xankəndidə aparılan bərpa-quruculuq işləri ilə bağlı geniş məlumat verilib.
Qeyd edilib ki, "YAŞAT" Fondu tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqətin göstərilməsi və digər sahələrdə dəstək tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. BAKU.WS xəbər verir ki, bu mərhələdə Ağdərənin...