Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qələbəmizdə payı olan igidlərimizdən biri də 20 yaşlı Səxavət Abbasovdur.
“Baku TV” şəhidimizin ailəsindən reportaj hazırlayıb.
Səxavət evin yeganə övladı olub. Anası Maisə Abbasova deyir ki, hələ də oğlunun ölümünə inanmır, ümid edir ki, bu, böyük səhv olub.
Səxavətin döyüş yoldaşları deyir ki, o, gənc olmasına baxmayaraq, etdikləri haqqında bir dastan yazmaq olar.
Səxavətin sonuncu döyüşü Ərgünəş dağı ətrafında olub. O, yaralı döyüş yoldaşını xilas edərkən düşmənin atdığı mərmi hər ikisinin həyatına son qoyub.
O, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.
Oxşar xəbərlər
Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun igidlik hekayəsi - FOTO
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Erməni...