Yaponiyada güclü zəlzələ - Binalar dağılıb, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO/FOTO

Yaponiyada güclü zəlzələ - Binalar dağılıb, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO/FOTO
Foto Video
Siyasət 4

Yaponiya İmperator Evinin İdarəsi Tokioda imperator Naruhito və ailəsinin iştirakı ilə yanvarın ikisində baş tutmalı olan ənənəvi tədbirləri ləğv etmək qərarına gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Administrasiyadan məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.

Xatırladaq ki, Yeni ilin ilk günündə ölkədə 7,5 bal gücündə zəlzələ baş verib.

Evlərin bir qisminin dağılıb, yolların ziyan görüb. Zəlzələdən sonra yanğın meydana gəlib.

***16:49

Yaponiyada baş verən 7.4 ballıq güclü zəlzələ nəticəsində içərisində adamlar olan ən azı 6 mənzilə ziyan dəyib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Məlumata görə, qurbanlar da var. Amma onların sayı hələ məlum deyil.

***12:00

Yaponiyanın qərbində 7,4 bal gücünə çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib - dalğanın hündürlüyü 5 metrə çata bilər.

Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə çağırılıblar.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Son xəbərlər