YAP parlamentin gəncləşdiriləcəyi anonsunu verdi - RƏSMİ

YAP parlamentin gəncləşdiriləcəyi anonsunu verdi - RƏSMİ
Siyasət 378

"Biz çalışacağıq ki, parlamentə ən layiq olan şəxslər içərisində gənclər olsun".

Prezidentə edilən müraciətlə bağlı keçirilən mətbuat konfransında iştirak edən BAKU.WS-in müxbirinin verdiyi məlumata görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov vurğulayıb ki, parlament seçkilərdə vətənpərvər gənclərdən ibarət deputat korpusun olması diqqət mərkəzində olacaq:

"Əlbəttə ki, islahatların qarşısında gəncləşmə mühüm rol oynayır. Azərbaycanda çox savadlı, müasir dünyagörüşünə yiyələnmiş gənclər var.Bizim fəaliyyətimizdə əsas istiqamətlərdən biri də məhz gəncləri dəstəkləməkdir.

Növbəti parlament seçkilərdə vətənpərvər gənclərdən ibarət deputat korpusun olması bizim diqqət mərkəzimizdə olacaq. Biz çalışacağıq ki, parlamentə ən layiq olan şəxslər içərisində gənclər olsun".

Son xəbərlər