Yalçın Rəfiyev: Bakıda D-8 təşkilatı çərçivəsində üç istiqamət üzrə yeni mərkəzlər açılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində üç istiqamət üzrə yeni mərkəzlər açılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev D-8 Gənclər Dialoqunun açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu mərkəzlər D-8 təşkilatı çərçivəsində daha sıx əməkdaşlıq etmək məqsədi daşıyır:
"Həmin mərkəzlər iqlim, media və nəqliyyat sahəsi üzrə fəaliyyət göstərəcək. Bunlar hamısı Azərbaycanın D-8 təşkilatına töhfəsidir. Bizim atdığımız addımlar ölkəmizin təşkilat çərçivəsində necə aktiv iştirak etdiyini göstərir".
Nazir müavini həmçinin bildirib ki, D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir:
"Gənclərin təşəbbüsləri gələcəyimizi formalaşdıracaq. Bu tədbir ideyalarımızın reallaşması üçün ideal fürsətdir".
Oxşar xəbərlər
XİN: Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəz...