Xüsusi təyinatlılar döyüş vaxtı yaralanarkən bu evdə müalicə alıb - VİDEO

Xüsusi təyinatlılar döyüş vaxtı yaralanarkən bu evdə müalicə alıb - VİDEO
Video
Siyasət 854

Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərin əsas təxliyyə yollarının kəsişmə nöqtəsində yerləşən yerlərdən biri də məhz Edilli kəndi idi.

BAKU.WS xəbər verir ki, bu kənddə təhlükəsiz ərazidə yerləşən evlərdən biri ilkin tibbi məntəqə kimi fəaliyyət göstərib.

Adı çəkilən tibb məntəqəsi barədə "Kod Adı: YAŞMA" adlı sənədli filmdə XTQ-nin qazi həkimi Namiq Seyfəddinli danışıb:

"Otaqları səliqəli vəziyyətə salmışdıq. Dərman vasitələrini orada səliqəli şəkildə komplektləşdirmişdik. Ağır vəziyyətdə olanlara müdaxilə edirdik. Yaraların sarınması, təmizlənməsi və çeşidlənməsi burada gedirdi".

Son xəbərlər