Xüsusi ƏMƏLİYYAT: Qarabağa silah daşıyan gizli emalatxana aşkarlandı və... - ŞOK FAKTLAR - FOTO
24
iyl
2018
11:38
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları silah qaçaqmalçılarına qarşı xüsusi əməliyyat keçirib. Nəticədə yüzlərlə silah-sursat ələ keçirilib.BAKU.WS xəbər verir ki, qaçaqmalçılar Ukraynanın Donetsk bölgəsinə və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz silah aparırlarmış. Bu bölgələrə daşınan silahlar iki gizli emalatxanada istehsal olunurmuş.FSB silah qaçaqmalçılarının Avropa İttifaqı ölkələrindən Rusiya ərazisinə silah daşıdıqları haqda məlumat yayıb.Publika.az məsələyə belə şərh verib.Bildirilib ki, qaçaqmalçılardan odlu silahın 400 vahidi götürülüb, həmçinin, böyük miqdarda avtomat silah (25 pulemyot, 30 avtomat, 70 tapança), yüz ədəd tüfəng, 158 ədəd rovelver tapança, qumbaratan və minaatanlar və s. müsadirə olunub.Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti Andrey Koşkin danışır ki, silahlar bir qayda olaraq “isti nöqtələrdən” və qeyri-stabil ölkələrdən gətirilir: “Lakin bəzən Avropa ölkələri kimi qanunun yaxşı işlədiyi ölkələrdən də silahlar gətirilə bilər. Silah Rusiyaya iki məqsəd üçün “idxal edilir”. Birincisi, “yükboşaltma” məqsədilə. Rusiyadan potensial münaqişə bölgələrinə aparılır. Rusiyanın ətrafında birdən daha çox münaqişə bölgəsi var. Ələ keçirilən silahlar arasında tank əleyhinə minaların və qumbaraatanların olması bunu deməyə əsas verir.İkincisi, daxildə terrorçulara satılır. Bu haqda prezident Vladimir Putin dəfələrlə danışıb. Bildirib ki, Rusiya Federasiyasında müxtəlif terror qruplaşmalarının, həmçinin, radikalların aktivləşməsi müşahidə olunur. Atıcı silahların, döyüş sursatlarının və partlayıcı maddələrin sifarişçiləri bu qruplaşmalar ola bilər”.Əməliyyat nəticəsində iki gizli emalatxananın fəaliyyəti sıradan çıxarılıb. Bu emalatxanalarda odlu silahların müasirləşdirilməsi və döyüş sursatlarının istehsalı həyata keçirilirmiş. İstehsal olunan silahların Donetskə və Dağlıq Qarabağa “ixrac edildiyi” deyilir.A.Koşkin deyir ki, bu iki bölgədən silah sifarişləri olduğu üçün gizli emalatxanalar yaradılıb.Görünür, Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunu silahlandırmaq üçün daha ucuz başa gələn qaçaq yollarla silah-sursat əldə edir.BAKU.WS
Oxşar xəbərlər
Rusiya və Azərbaycan polislərindən - SƏRHƏDDƏ ƏMƏLİYYAT
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, hər iki ölkənin sərhədyanı rayo...