Xronika: Qayaüstü təsvirlər Azərbaycan xalqının köklərini göstərir
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, buraxılışda tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Qərbi Azərbaycanda qayaüstü təsvirlər, qədim dəfn adətləri və digər məsələlərdən danışıb.
O bildirib ki, Qarabağ, Zəngəzur və Qərbi Azərbaycan eyni mədəniyyət xəttindədir: "Qərbi Azərbaycan qayaüstü təsvirləri eyni mədəni qatlara aiddir. Arxeoloji faktlar azərbaycanlıların bu torpaqlarda avtoxton olduğunu sübut edir. Azərbaycan xalqının ulu əcdadları bu torpaqlarda formalaşıb".
Onun sözlərinə görə, Qobustan qayaüstü rəsmləri azərbaycanlıların etnogenez tarixini sübut edir: "Qayaüstü təsvirlər Azərbaycan xalqının köklərini göstərir, folklor motivləri ilə üst-üstə düşür. Qobustan və Gəmiqaya eyni mədəniyyətin izləridir və azərbaycanlıların daş yaddaşıdır. Qobustan arxeoloji tapıntıları erməni iddialarını təkzib edir. Naxçıvan arxeoloji qazıntıları regionun keçmişini yenidən yazır".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Daha ətraflı linkdə:
Oxşar xəbərlər
Vaşinqtondakı təxribatın hüquqi təhlili: Dövlət Mühafizə Xidməti öz işini icra edib
Hazırda həm Qərb, həm də müxtəlif rusdilli media qurumları tərəfindən Azərbaycan Prezidentinin mühafizə əməkdaşları ilə təxribatçı əhvali-ruhiyyəli bir qrup şəx...