Xocavənddə erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xocavənd rayonunda erməni terrorçu Monte Melkonyan üçün ucaldılmış heykəl götürülüb.
BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra baş tutub.
Qeyd edək ki, Monte "Avo" Melkonyan ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusu olub. 1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gəlib. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Qaradağlı soyqırımından 30 il ötür
Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 19...