Xocalıda bütün ailəsini itirən şəxs vəfat etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalıda bütün ailəsini itirən Baloğlan Allahyarov 80 yaşında vəfat edib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.
B.Allahyarov Xocalının işğalından sonra Mingəçevirdə yaşayıb.
Qeyd edək ki, Xocalı soyqırımında onun hərbçi olan oğlu öldürülüb. O, oğlunun nəşini belə ala bilməyib.
Gəlini amansızlıqla qətlə yetirilən Xocalı sakini bir həftə sonra onun meyitini ala bilib. B.Allahyarov həyat yoldaşını da Xocalıda düşmən gülləsindən itirib.
O, Mingəçevirə gəldikdən sonra Şəkidən övladlığa uşaq götürərək, onunla yenidən həyata bağlanıb.
Oxşar xəbərlər
Şahidlər Xocalı soyqırımında amansız cinayətlərdən danışdı - FOTOREPORTAJ
Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar aras...