Xocalı və Tərtər komendantlarının adı MƏLUM OLUB
27
okt
2023
19:30
Xocalı və Tərtərin komendantlarının adı məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, imzalanan müvafiq əmrlərə əsasən, polkovnik Zaur Nəbiyev Xocalı, polkovnik Elçin Qasımov isə Tərtər rayonuna komendant təyin edilib.
Onlar müvafiq olaraq rayon polis rəisləridir.
Qeyd edək ki, Qarabağ bölgəsində aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçən şəhər, rayon, qəsəbələr üzrə komendantlar təyin edilib.
Xankəndi şəhərinin komendantı isə polis general-mayoru Sərdar Səfərovdur.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...