XİN: Qarabağın erməni sakinləri Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçüb

XİN: Qarabağın erməni sakinləri Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçüb
Siyasət 0

Qarabağın erməni sakinləri Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı yaydığı məlumatda deyilir.

"Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir.

Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir.

Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub.

Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir", - məlumatda bildirilir.

Oxşar xəbərlər

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...

4319 Siyasət 09:51 08 may 2023

Son xəbərlər