XİN: "Azərbaycan Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərib"

XİN: Azərbaycan Türkiyəyə 100-dən çox xilasetmə mütəxəssisi göndərib
Siyasət 100

"Azərbaycan qardaş Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə axtarış-xilasetmə qruplarını göndərib".

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 100-dən çox xilasedici mütəxəssisdən ibarət ilk qrup öz avadanlıqları ilə birlikdə Türkiyədə xilasetmə işlərinə kömək etmək üçün zəlzələ bölgəsindədir.

"Biz səninləyik, Türkiyə!", - XİN-dən qeyd olunub.

Son xəbərlər