XİN: Tailand və Myanmada zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Tailandda və Myanmada baş verən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.
BAKU.WS xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.
Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.
Myanmada güclü zəlzələ nəticəsində isə ölənlərin sayı 1000-i ötüb, zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.
Oxşar xəbərlər
Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY
Azərbaycanın Ukraynaya humanitar yardımı dövlət maraqları baxımından balanslaşdırılmış, prinsipial və praqmatik siyasətin nümunəsidir. BAKU.WS xəbər verir ki, b...