XİN başçısı: SOCAR-ın İsveçrədəki yanacaqdoldurma məntəqələrindən istifadə edirəm
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) İsveçrədə populyardır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, avtomobil idarə edərkən SOCAR YDM-nin xidmətlərindən istifadə edir: "SOCAR İsveçrədə yaxşı tanınan şirkətdir. Özüm avtomobil idarə edərkən bəzən onun yanacaqdoldurma məntəqələrindən də istifadə edirəm. Bəzi yerlərdə bunlar İsveçrədə ən çox yayılmış məntəqələrdəndir. Bizdə demək olar ki, dünyanın hər yerindən, çox sayda ölkəyə məxsus yanacaqdoldurma məntəqələri var".
Bununla yanaşı, o əlavə edib ki, İsveçrə "qalıq yanacağı olmadan, neftsiz, karbohidrogenlərsiz" gələcəyə keçid etməyə çalışır.
Oxşar xəbərlər
18 avqust Sərhəd Qoşunları günüdür
Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür. 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəs...