XİN başçısı: "Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa olunacaq"
20
yan
2025
13:59
"ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu fəaliyyət göstərdiyi binadan köçüb".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, baş konsulluğun fəaliyyəti ilk fürsətdə bərpa olunacaq:
"Buna baxmayaraq, diplomatik fəaliyyətimiz dayandırılmayıb, işlər davam edir".
Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
Oxşar xəbərlər
İlham Əliyev II İlyanın vəfatı ilə bağlı İrakli Kobaxidzeyə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb. BAKU.WS-in məlumatına görə, başsağlığında deyilir: "...