"Xiaomi" "Apple" şirkətini üstələyərək dünya ikincisi oldu - VİDEO

Xiaomi Apple şirkətini üstələyərək dünya ikincisi oldu - VİDEO
Video
Siyasət 418

Çinin "Xiaomi" şirkəti ikinci rübdə ən çox smartfon istehsal edən şirkət olaraq "Apple" şirkətini üstələyib smartfon istehsalı üzrə dünya ikincisi olub.

BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, bu barədə smartfon bazarı üzrə araşdırma şirkəti "Canalys"ın hesabatında bildirilir. Şirkətin tədqiqatına görə, "Xiaomi" dünya smartfon tədarükünün 17% payına sahib olub.

Hesabata görə, "Xiaomi" Latın Amerikada satışlarını 300%, Afrikada 150%, Qərbi Avropada 50% artırıb.

Qeyd edək ki, qlobal smartfon tədarükü üzrə II rübdə "Samsung Electronics" 19%-lə ilk pilləni, "Apple" isə 14%-lə 3-cü pilləni sahiblənib.

Son xəbərlər