Xəyyam Mirzəzadənin oğlu Prezident İlham Əliyevə təşəkkür edib
Xəyyam Mirzəzadənin oğlu Prezident İlham Əliyevə təşəkkür edib.
BAKU.WS Prezidentin rəsmi internet saytına (president.az) istinadən xəbər verir ki, təşəkkür məktubunda deyilir:
"Möhtərəm cənab Prezident!
Bu yaxınlarda Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin adının əbədiləşdirilməsi üçün Bakının küçələrindən birinə onun adının verilməsi bizim ailəmiz üçün olduqca qürurverici xəbər oldu.
Sizin bəstəkara olan diqqətinizi biz həmişə hiss etmişik. Vaxtilə, atamı "Şərəf" ordeni və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif etmisiniz. Xəyyam Mirzəzadənin sənətinə verdiyiniz dəyər üçün Sizə son dərəcə minnətdarıq.
Öz adımdan və ailə üzvlərim adından Sizə dərin hörmət və məhəbbətlə təşəkkürümü bildirirəm. Sizə və ailənizə möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar Talassemiya Mərkəzində olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Talassemiya Mə...