Xatirəni məhv etməkdən qorxmayın - KÖŞƏ
11
may
2019
11:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İstədiyimiz hər şey var. İlbizlər, dəniz, smartfon, dönər, oyun, ağlar, tanklar, AKA K2.Torpaq, dinlə məni, sənə geri dönmək istəsəm, məni qəbul edəcəksən? Bizim günahımız yoxdur. Nə etmək olar, insan oğlu xəyalpərəstdir. Mövcud olmayan gələcək üçün dua edir. Heç vaxt inanmadığımız inanclarımız var ki, biz onlara inanırıq. Yəni, inandığımızı sanırıq. İnanırıq ki, ölənə kimi darıxmayaq. Mən hər kəsi aldadıram və bu oyuna ilk öncə özümdən başlayıram. Elə siz də mənə bənzəyirsiniz. Çox fərqimiz yoxdur. Şüurlu olaraq imtina etdiyim şüurumu əynimdən çıxardığım vaxtları xatırlamaq, mənə güc verir. Bu çılpaqlıq bütün yaxşı hisslərin inkarıdır. Neyləmək olar, biz maddi varlıq olmağa məhkumuq. Həm də... Yox, narahat olmayın. Reduan Faid fransa məhkəməsi tərəfindən 25 il azadlıqdan məhrum edilib. Lakin o həbsaxananın divarlarını partladaraq ordan qaçmağı bacarıb. Elə "Qoca" ləqəbli məhbus da qaçmağa cəhd edib. Nə olur olsun, biz inanmadığımız inanclarımıza sadiq qalıb istənilən həbsxanadan qaça bilərik. Əsas düsturları əzbərləmək yox, onları anlamaqdır. Çünki hər kəsin öz düsturu var. İndi isə bu rabitəsiz və dağlımış cümlələrin içindən çıxıb qayıdaq mətnin ilk cümləsinə. Bir dəfə dostum seçimi olmadan doğulduğu üçün şikayət etdi. Bəli, biz seçimsiz doğuluruq. Lakin öləcəyimiz günə qədər bütün seçimlər bizə verilir. Yer planetinin sürətli inkişafı isə bizi seçimlər qarşısında aciz buraxır. Seçim çoxluğu insanı bütün həyatı boyu qərar verməyə məhkum edir. Bu isə sonsuz aqressiya deməkdir. Əgər bir gün Yer planetinin insanları seçimlərə qarşı oruc tutsa, pazzllar öz yerini tutacaq və kainat bizi qovulduğumuz cənnətə geri aparacaq. Tarixi məhv etməkdən qorxmayın. Tarixi, adınızı, sizi dünyaya gətirən varlığı, xılt kimi beyninizin içinə yığılb qalan xatirələri unudun. Axı bütün mənsubiyyətlər bizi Ondan uzaqlaşdırır. Yalnızlıq Ona yox, bizə məxsusdur. Hər şey ona görə mövcuddur ki, biz insan olmadığımızı anlayaq. Çünki biz insan olmadığımızı bilməkdən çox qorxuruq. Qorxular bizə zövq verdiyi üçün biz onlardan gizlənirik. Qadağan olunmuş bütün almalar həqiqətdir. Həqiqəti yeməkdən imtina etdiyiniz üçün siz əzab çəkməyə və maddi varlıq olmağa məhkumsunuz, əziz Yerlilər. Başınızın balıq, əllərinizin ilbiz, ayaqlarınızın isə çiçək olduğuna diqqət edin. Sonra özünüzü Ekvadorda yerləşən Çimboraso dağından atın.Lalə Ramizqızı
Oxşar xəbərlər
Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTO
Sosial şəbəkə istifadəçisi Rena Gely Vidmer bacısına aid foto paylaşaraq, onun əri tərəfindən şiddətə məruz qaldığını bildirib.BAKU.WS xəbər verir ki, Rena Gely...