Xarkovda Rus əsgəri saxlanıldı: - 6 aydır kənddə gizlənirmiş

Xarkovda Rus əsgəri saxlanıldı: - 6 aydır kənddə gizlənirmiş
Siyasət 101

Ukraynanın Xarkov vilayətinin kəndlərindən birində gizlənmiş rus əsgəri saxlanılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xarkov vilayətinin Kupyansk-Vuzlovi kəndində baş verib.

Milli Polis və Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi əməliyyatda Rusiya ordusunda 27-ci motoatıcı briqadada xidmət edən 42 yaşlı əsgər saxlanılıb.

Əsgər Ukraynanın Xarkov vilayətində nəzarəti bərpa etməsindən sonra kənddəki tərk edilmiş yaşayış məntəqələrində 6 ay gizləndiyini bildirib.

Son xəbərlər